ZİNHARA GƏTİRMƏK
ZİYAN ÇƏKMƏK (DƏYMƏK)
OBASTAN VİKİ
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). == Geomorfoloji termin == Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. == Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri == == Həmçinin bax == Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər == Mənbə == Новая энциклопедия школьника. Москва, “Махаон”, 2016, 383 с.
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Qarı Körpüsü
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü. == Haqqında == Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
İzergil qarı
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan MəmmədovTəyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Qaliley (zirvə)
Qaliley zirvəsi (norv. Galileotoppen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1637 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 5-cidir. Qaliley zirvəsi Viydeforddan qərbdə, Nyuton zirvəsindən şimal-qərbdə yerləşir.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qızyurdu (Zirvə)
Qızyurdu — Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,433 m-dir. Yamacları və zirvəsi çox parçalanmışdır. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xususi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Şahdağ (zirvə)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. == Adının yaranması == Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi.Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı idi.
Qırmızı qarı (pyes)
Qırmızı qarı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. “Qırmızı qarı” (1921) pyеsində ədib qarını “qırmızı tufan еlçisi”, müsbət bir оbraz kimi qələmə alır. Qarının bir arzusu var: "zəncir və zülm dünyasının axırına çıxmaq!" Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çеvrilir.
Yastı zirvə buzlağı
Yastı zirvə buz­lağı – (rus. ледник плоских вер­шин, ing. table summit glacier, plateau glacier) kömbəvari formada buz­laq tipi, maili düzəlmə səthi üzə­rində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mər­kəzi Tyan-Şan üçün səciyyəvidir.
Zirvə Buludu (1972)
== Məzmun == Film görkəmli Azərbaycan şairi Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuşdur. Filmdə şairlərdən Robert Rojdestvenski, Yeqor İsayev, Sergey Vasilyev, Yevgeni Yevtuşenko Nəbi Xəzri haqqında söz deyirlər. Çəkilişlər sinxron aparılmışdır.
Sultan Səncər və qarı
Sultan Səncər və qarı — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayətidir. böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. == Haqqında == "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. == Məzmunu == Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
Türkdilli ölkələrin zirvə sammiti
Türkdilli ölkələrin zirvə sammiti (türk. Türk Dili Konuşan Ülkeler Zirvesi) — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzüv dövlətdə keçirilən beynəlxalq sammit.
Zirvə buludu (film, 1972)
== Məzmun == Film görkəmli Azərbaycan şairi Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuşdur. Filmdə şairlərdən Robert Rojdestvenski, Yeqor İsayev, Sergey Vasilyev, Yevgeni Yevtuşenko Nəbi Xəzri haqqında söz deyirlər. Çəkilişlər sinxron aparılmışdır.
92-ci ilin qarı (film, 2014)
92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. == Məzmun == Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır. Film Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuşdur.
нада́вливание озорно́ предста́тельство при́стук рикошети́ровать шеллингиа́нец юдаи́зм подстыко́вываться уди́лище э́клипс край -ery acrobatic all-arounder bud scale decompensation hippogryph ladyfy night-hag sulphate tasteful verseman библиотечный жнёшь кой-как